“Kimsə məndən də imkanlı və məşhur ola bilər, amma Xumar ola bilməz”


Şou-biznes 08 May 2019 19:44:00 254 0

“Kimsə məndən də imkanlı və məşhur ola bilər, amma Xumar ola bilməz”

Əməkdar artist Xumar Qədimova kulis.az-a müsahibə verib. Milli.az müsahibəni təqdim edir: - Xumar xanım, bəstələdiyiniz musiqilərdə qəribə simfonik bir ab-hava olur. Bu sizin daxili səsinizdir, ya üslubunuz?

- Əyləncəli, oynaq bəstələrim də var. Bu yəqin ki, nəğmə ilə söz demək, musiqi və onun sözləri ilə yaşaya bilməkdir. İnsanın ürəyi boş olsa, heç nə deyə bilməz. İstəmirəm ki, məni dinləyəndən sonra tamaşaçı özünə "hə, nə olsun" sualını versin. İstəyirəm ki, ifam tamaşaçının ürəyinə toxunsun, onu riqqətləndirsin. Gündə efirə çıxıb söz deyə bilməyənlərə baxanda, onların yerinə mən utanıram. Bu adamlar ən azından qohum-əqrəbalarına deyirlər ki, sabah efirə çıxacam, mənə baxarsınız. Görəsən, onlar bu sözləri deyəndə düşünmürlər ki, insanlar onların ifasının nəyinə baxacaqlar, nədən zövq alacaqlar. Müğənninin boğazdan gələn səsi ilə yanaşı həm də onun daxili səsi, içi olmalıdır.