Sabah Bakıda hərbi orkestrlərin çıxışları olacaq (SİYAHI)


Digərləri 08 May 2019 16:44:00 231 0

Sabah Bakıda hərbi orkestrlərin çıxışları olacaq (SİYAHI)

orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək

Bakı. Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək: - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); - Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; - Zərifə Əliyeva parkında; - Zabitlər parkında; - Yasamal parkında (Lider TV yaxınlığında) - Fəvvarələr meydanında. Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək.