Bu ilin mart ayında fiziki şəxslərin əmanətləri 1.7 faiz artıb


Digərləri 08 May 2019 16:35:00 238 0

Bu ilin mart ayında fiziki şəxslərin əmanətləri 1.7 faiz artıb

31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,846.9 mln. manat, cəmi öhdəlikləri isə 25,533.2 mln. manat təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Sektorun balans kapitalı 4,313.7 mln. manat olub.

Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq 12,714.4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.

2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8,253.5 mln. manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 mln. manat) artaraq 5,465.8 mln. manat təşkil edib.

Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 mln. manat) artaraq 10,318.5 mln. manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri 19.2% (278.1 mln. manat) artıb.