Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb


Digərləri 08 May 2019 15:29:27 207 0

Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb

2018-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

Bakı. 2018-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiyaya pomidor ixracını artırıb. Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib. Onun sözlərinə görə, ötən ilin rəsmi statistikası hələlik açıqlanmasa da, əldə olunan məlumatlar 2018-ci ilin göstəricilərinin 2017-ci ildən daha yüksək olacağını gözləməyə əsas verir: “Əgər 2017-ci ildə Rusiyaya 150 min ton pomidor ixrac olunmuşdusa, 2018-ci ildə bu rəqəm artıq oktyabrda qeydə alınmışdı. Pomidorlar ixrac olunan tərəvəz məhsulları arasında birinci yer tutur. Yaxın zamanlarda statistik məlumatlar regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfrans çərçivəsində açıqlanacaq”.