Suriyada yaşayış məntəqələri atəşə tutuldu


Dünya 08 May 2019 15:08:00 209 0

Suriyada yaşayış məntəqələri atəşə tutuldu

Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya, İdlib və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Cubb-əl-Mhara, Kinsiba, Ruyeset-İskəndər, Kesab, Səfər yaşayış məntəqələrini, İdlib əyalətinin Safsafa, Niha yaşayış məntəqələrini, Hələb əyalətinin isə Rəşidin yaşayış məntəqəsini atəşə tutublar".