Qubada bir neçə cinayət törədən 54 yaşlı kişi tutulub


Digərləri 08 May 2019 14:06:00 204 0

Qubada bir neçə cinayət törədən 54 yaşlı kişi tutulub

Qubada bir neçə cinayət törədən 54 yaşlı kişi tutulub

Bakı. Qubada əcnəbi vətəndaşa qarşı soyğunçuluq edərək, içərisində xeyli miqdarda pul, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə ələ keçirərək ağır cinayət törədən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı Rauf Tahirov saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba Regional qrupundan Trend-ə verilən məlumata görə, saxlanılan zaman R.Tahirovun üzərinə keçirilən baxış zamanı onun əynindəki gödəkcənin cibindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Rauf Tahirovun ətrafında aparılan araşdırmalar nəticəsində onun cari ilin mart ayında Elşad Babayevə məxsus fərdi yaşayış evindən də oğurluq etdiyi məlum olub.