Bakıda ölümlə nəticələnən qəza törədən avtobus sürücüsünün işi məhkəməyə göndərildi


Digərləri 08 May 2019 12:47:00 239 0

Bakıda ölümlə nəticələnən qəza törədən avtobus sürücüsünün işi məhkəməyə göndərildi

Keçən ilin oktyabrında Bakının Binəqədi rayonunda ağır yol qəzası törədən avtobus sürücüsünün işi məhkəməyə göndərilib.

Son.az news24.az-a istinadən xəbər verir ki, Binəqədi ərazisində idarə etdiyi Daevoo markalı "ÇİNAR TRANS MMC"yə məxsus olan avtobusla Haqverdiyev Gündüz Çingiz oğlunu vurub öldürən sürücü Abışov Elman Dadaş oğlu barəsində Cinayət Məcəlləsinin 263.2-ci, yəni, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda maddəsilə açılmış işin ibtidai istintaqı yekunlaşdırılıb. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.