ABŞda öldürülən Nail kimdir? FOTO


Dünya 08 May 2019 11:57:00 212 0

ABŞda öldürülən Nail kimdir?  FOTO

Xəbər verdiyimiz kimi, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatında azərbaycanlı Nail Salamov evində uşaqlarının gözü qarşısında qətlə yetirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.

Məlumata görə, N.Salamov 1982-ci ildə Azərbaycanda dünyaya gəlib. O, Dövlət Neft Akademiyasını (ADNSU) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Pensilvaniya Dövlət Universitetində təhsilini bitirdikdən sonra bir müddət "Reading" bankında çalışıb. Son zamanlar isə "Citizens bank"da fəaliyyət göstərib.

Həyat yoldaşından ayrılan Nailin 8 və 10 yaşında Aydın və Yaqub adlı oğlu var. Məlum hadisədən sonra uşaqları anası öz yanına götürüb.


Xəbərə aid fotolar