Mayın 10-dan etibarən internetin qiymətində təxminən 70 faizə qədər endirim olacaq


Digərləri 08 May 2019 11:38:00 177 0

Mayın 10-dan etibarən internetin qiymətində təxminən 70 faizə qədər endirim olacaq

Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər.

Bakı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial islahatlar paketi və əhalinin rifahının yaxşılaşdırılması üçün yeni inqilabi addımlar atılmaqda davam edir. Belə addımların atılması son zamanlar mütəmadi xarakter alıb. “Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kompaniyaların keçirilməsini planlaşdırır. Şirkətdən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacaq: