Fərda: “Biznesmenlərin əyləncəsi oluruq”


Şou-biznes 08 May 2019 10:54:00 189 0

Fərda: “Biznesmenlərin əyləncəsi oluruq”

Aktyor Fərda Xudaverdiyev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib

Bir müddət öncə sənətdən getdiyini açıqlayıb, daha sonra geri qayıdan aktyor Fərda Xudaverdiyev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi insanların virtual əsirə çevirildiyinə yazıb:

"Sosial həyatda virtual sevgi, yaşam, zövq və özgüvən axtaranlar nə qədər acı olsa da, təəssüf ki, real həyatda xoşbəxt olmayanlardır. Bizdən daha ağıllı insanların düzəltdiyi oyuncaqla oynadıqca, özümüzün, doğmalarımızın deyil, süni xoşbəxtliyimizə uzaqdan baxıb, sərmayəsi olduğumuz biznesmenlərin əyləncəsi oluruq".

Qeyd edək ki, Fərda hazırda "Niyə" serialında çəkilir. O sənətdən getmək istəməsinin səbəbini ona qarşı edilən haqsızlıqlarla əlaqələndirirdi.