Qatar yük maşını ilə toqquşdu:


Dünya 08 May 2019 10:04:00 222 0

Qatar yük maşını ilə toqquşdu:

Almaniyada yük maşını sərnişin qatarı ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Rendsburq şəhəri yaxınlığında qeydə alınıb.

Yerli polis qəza nəticəsində azı 20 nəfərin xəsarət aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.