Niaqara şəlaləsi Latviya bayrağının rənglərinə boyanacaq


Digərləri 08 May 2019 08:40:00 236 0

Niaqara şəlaləsi Latviya bayrağının rənglərinə boyanacaq

Niaqara şəlaləsi yenidən Latviya bayrağının rənglərinə boyanacaq. Bu, Kanadanın Latviyanın müstəqilliyinin 101-ci ildönümü münasibətilə hədiyyəsi olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 18-də şəlalə üç dəfə ağ və qırmızı rənglərə boyanacaq. Bu barədə Latviyanın Kanadadakı səfiri şəxsi "Twitter" hesabında yazıb.

Belə təbrik mesajı 2018-ci ildə də olmuşdu. Fleşmobda daha bir neçə ölkə iştirak etmişdi. Belə ki, Latviyanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə Litvadakı Üç Xaç dağı, Tallinndəki Estoniya hökumətinin binası, Nyu-Yorkdakı Empire State Building və Genuyadakı Lanterna mayakı ağ və qırmızı rənglərlə işıqlandırılmışdı.