Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib (FOTO)


Digərləri 08 May 2019 02:25:00 180 0

Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı təqdim edilib

Bakı. Beynəlxalq Muğam Mərkəzində ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı təqdim edilib. Tədbir Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Xocavənd Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd Rayon Tuğ kənd Uşaq Musiqi məktəbinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşmışdır. Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olundu. Gecədə Tuğ kənd uşaq musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış etdilər.