İmamoğlu: “Bu, böyük ədalətsizlikdir”


Dünya 07 May 2019 23:53:00 198 0

İmamoğlu: “Bu, böyük ədalətsizlikdir”

Ali Seçki Qurumu (ASQ) oğurluq etdi.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri İstanbul böyükşəhər bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu FOX TV-də çıxışı zamanı deyib.

"Bu, böyük haqsızlıq, ədalətsizlikdir. Biz buna layiq deyildik. Mən buna təəssüflənirəm", - deyə İmamoğlu bildirib.

Qeyd edək ki, dünən ASQ İstanbuldakı seçki nəticələrinin ləğvi ilə bağlı qərar verib. Təkrar seçki 23 iyunda keçiriləcək.