Uşağı gec dil açan valideynlərin


Digərləri 07 May 2019 23:35:00 224 0

Uşağı gec dil açan valideynlərin

Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür...

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

Körpələrinizə nitqi sevdirin!

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

Son.az lent.az-a istinadən xəbər verir ki, hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq

Verbal və ya söz rutini nədir?

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ  MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.

Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda "Gedək?", - deyə soruşun. Lakin "gedək" sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü "gedək" deyəcək.

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da "mənə heç cürə söz demir uşağım, mənlə danışmır", - deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3... deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda  uşağınız davam etdirsin.

Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s.).