Kök uşaqların sayı artır


Digərləri 07 May 2019 22:35:00 179 0

Kök uşaqların sayı artır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə ildən ilə bütün dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı artır.

ÜST xəbər verir ki, dünyada ən azı 41 milyon 5 yaşına qədər olan uşaqlarda artıq çəki və piylənmə var. 1990-cı ildən artıq çəkisi olan kiçik yaşlı uşaqların sayı 10 nəfər milyon artıb.

ÜST ekspertləri qeyd edir ki, uşaqlarda piylənmə çox ciddi sağlamlıq problemlərinə və psixoloji çətinliklərə səbəb olur.

Alimlərin müşahidələrinə görə, piylənmədən əziyyət çəkən uşaqlarda ürək-damar sistemi xəstəliklərinin əlamətləri artıq 8 yaşında inkişaf etməyə başlayır.

MedicalDayli xəbər verir ki, artıq çəkisi olan uşaqların 50%-i Asiyada, 25%-i isə Afrikada yaşayır.