İyunun 5də Danimarkada parlament seçkiləri keçiriləcək


Dünya 07 May 2019 21:59:00 313 0

İyunun 5də Danimarkada parlament seçkiləri keçiriləcək

İyunun 5-də Danimarkada parlament seçkiləri keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu mayın 7-də Krallığın Baş naziri Lars Lökke Rasmussen bəyan edib.

O, parlamentdə çıxışında deyib: "Mən Danimarkaya başçılıq etməyə davam etmək üçün bütün gücümdən, imkanlarından və təcrübəmdən istifadə etmək istəyirəm. Mən danimarkalılardan xahiş edirəm ki, iyunun 5-də qanunverici orqana seçkilərdə məni təkrar seçsinlər".

L.L.Rasmussen "Venstre" Liberal Partiyasının, Mühafizəkarlar Partiyasının və Liberal Alyansın daxil olduğu üçpartiyalı koalisiyaya başçılıq edir. Bununla belə, ictimai rəy sorğusu sosial-demokratların başçılıq etdikləri solçu blokun üstünlük təşkil etdiyini göstərir. Rəyi soruşulanların 54 faizi solçu bloku dəstəkləyib. Respondentlərin 46 faizi isə Rasmussenə və onun sağçı blokuna üstünlük verib.