Uşağın görməsini qorumaq istəyirsinizsə, bu


Digərləri 07 May 2019 21:02:00 188 0

Uşağın görməsini qorumaq istəyirsinizsə, bu

Məktəb vaxtlarında uşağın gözləri çox böyük gərginliyə məruz qalır. Məhz bu səbəbdən uşaqlarda görmə tez-tez zəifləyir.

Görmənin zəifləməsi xüsusilə 7-9 və 12-14 yaşlar arası inkişaf edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, sizə görmənin zəifləməsinin qarşısını alan 7 profilaktik qaydanı  təqdim edirik:

1. Uşağın gözlərinə istirahət verin. Dərslərini oxuyanda uşaq hər 30-40 dəqiqədən bir 10-15 dəqiqə dincəlməlidir.

2. Uşaq kitab və ya dəftəri gözlərdən 40 sm məsafədə tutmalıdır.

3. Uşağın immunitetini möhkəmləndirin ki, o, tez-tez xəstələnməsin.

4. Uşağa gözlər üçün faydalı olan qidalar verin: balıq, kəsmik, mal əti, hindquşu əti, kök, kələm, göyərti.