İran ABŞa qarşı plan hazırlayır


Dünya 07 May 2019 20:24:00 240 0

İran ABŞa qarşı plan hazırlayır

İsrail ABŞ-a Tehranın Vaşinqtonun Fars körfəzindəki maraqlarına zərər vurmaq niyyətləriylə bağlı kəşfiyyat məlumatları verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Axios" portalı yayıb. Məlumata görə, İsrail kəşfiyyat məlumatlarını Ağ Evə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrana xəbərdarlıq üçün "Linkoln" təyyarədaşıyan gəmisini bu ölkənin sahillərinə göndərməsi bəyanatından 2 həftə öncə verilib:

"Bizə hələ də İranın nəyə cəhd etdiyi aydın deyil. Bizə aydın olan odur ki, ABŞ-ın ona qarşı artan təzyiq kampaniyası nəticəsində İranın temperaturu artır. Onlar ABŞ-ın Fars körfəzindəki maraqlarına cavab addımları atması imkanlarını nəzərdən keçirirlər".