Yaxın Şərqdə hamı ABŞa nifrət edir


Dünya 07 May 2019 19:29:00 271 0

Yaxın Şərqdə hamı ABŞa nifrət edir

"ABŞ Yaxın Şərqdə özünü təhlükəsizlikdə hiss etmir, region əhalisi onlardan nifrət edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, İranın ünvanına ittihamlar səsləndirməklə ABŞ bu hissləri dəyişə bilməyəcək:

"Müxtəlif "İran təhdidlərindən" tutmuş dənizdə hərəkətlərədək, əgər ABŞ və onun müttəfiqləri özünü narahat hiss edirsə, bu ona görədir ki, region xalqları onlardan nifrət edir".