Dünyaya bu formada gəldi


Digərləri 07 May 2019 18:59:00 383 0

Dünyaya bu formada gəldi

İngiltərənin Mançester şəhərində 18 yaşlı Nerissa Vudvardın qızı iki alt dişi ilə doğulub.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, sağlam doğulan uşağın dişləri boğulma ehtimalının qarşısını almaq üçün çəkilib.

Doğulduqdan sonra uşağı əmizdirən ana qarşılaşdığı görüntüdən təəccüblənib:

"Uşaq süd əməndə ağrı hiss etdim. Ağzına baxanda iki dişinin olduğunu gördüm. Əvvəl şoka düşdüm, sonra bildim ki, nadir də olsa belə hallar olur".


Xəbərə aid fotolar