Sürücülərin diqqətinə: Bakıda bu prospektdə hərəkət edərkən diqqətli olun


Digərləri 07 May 2019 13:48:00 242 0

Sürücülərin diqqətinə: Bakıda bu prospektdə hərəkət edərkən diqqətli olun

Bakı şəhəri, Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Analoji işlər Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.