Qax sakininin avtomobilini qaçıran yeniyetmə saxlanılıb


Digərləri 07 May 2019 10:48:20 222 0

Qax sakininin avtomobilini qaçıran yeniyetmə saxlanılıb

Qax şəhər sakini İlham Qasımov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib.

Bakı. Qax şəhər sakini İlham Qasımov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aidiyyətı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.