Cənazə namazında niyə səcdə yoxdur?


Digərləri 07 May 2019 08:55:00 323 0

Cənazə namazında niyə səcdə yoxdur?

Bütün şəriət hökmlərinin səbəbini biz öz bəşər şüurumuzla dərk edə bilmərik. Bəzi hökmlərin mənasını məntiqlə və ya məsumların hədisləri ilə izah etmək olur. Amma səbəbini bilmədiyimiz çox məsələlər daha var.

Son.az islam.az-a istinadən bildirir ki, cənazə namazı başqa namazlardan fərqli olaraq, dəstəmazsız və qüslsüz də qılına bilər. Cənazə namazında rüku, səcdə və oturuş yoxdur. Bunun səbəbi namazın şərtlərini yüngülləşdirmək və cənazə namazına gələnlərin çətinliyə düşməməsini təmin etmək üçün ola bilər. Məlumdur ki, əksər hallarda cənazə namazı dəfndən əvvəl, qəbristanlıqda qılınır. Çox vaxt qəbristanlıqda dəstəmaz üçün su tapılmır, səcdə və oturuş üçün şərait də olmur. Bəlkə də buna görə Allah-təala cənazə namazının şərtlərini yüngül edib.