OnePlus 7 Pro flaqman smartfonunun rəsmi render fotosu sızdırıldı


Digərləri 07 May 2019 08:59:00 215 0

OnePlus 7 Pro flaqman smartfonunun rəsmi render fotosu sızdırıldı

Məşhur hindistanlı insayder Ishan Agarwal OnePlus 7 Pro flaqman smartfon modelinin ilk rəsmi render fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Yeni smartfon iki rəng variantında təqdim olunub: Nebula Blue və Mirror Grey. Əvvəlcədən də güman edildiyi kimi sözügedən smartfon nazik çərçivələrə sahib genişformatlı ekran ilə təchiz olunacaq və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq.

Son.az technote.az-a istinadən bildirir ki, smartfonun arxa panelində üçlü arxa kamera yerləşəcək. Bununla yanaşı arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya birbaşa smartfon ekranına inteqrasiya ediləcək. Smartfonun sağ kənarında yandırıb/söndürmə düyməsi ilə səs rejimi tənzimlənməsi düyməsi, sol kənarında isə səs səviyyəsinin tənzimlənməsi düymələri yerləşəcək.

Son məlumat sızıntılarına əsasən OnePlus 7 Pro smartfon modeli 19.5:9 nisbətli və 3120x1440 piksel keyfiyyətli 6.7 düym ekran, Snapdragon 855 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.6 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı və üçqat optik zoom-lu) + 16 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə enerji qəbul etməyə qadir Warp Charge adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 7 seriyasının təqdimatı 14 may tarixində baş tutacaq və həmin təqdimatda 3 smartfon modeli təqdim olunacaq: OnePlus 7, OnePlus 7 Pro, OnePlus 7 Pro 5G.