Mac əməliyyat sistemində silinmiş faylları necə bərpa etmək olar?


Digərləri 07 May 2019 08:05:00 253 0

Mac əməliyyat sistemində silinmiş faylları necə bərpa etmək olar?

Windows əməliyyat sistemində olduğu kimi Mac ƏS-i üçün də silinmiş faylları bərpa etmək üçün bir neçə həll mövcuddur. Burada ən bəsit ideya sildiyimiz faylı zibil (trash) qutusundan geri qaytarmaqdır. Bəs biz həmin faylları "trash" qutusundan da silmişiksə necə? Belə yerdə 3-cü tərəf tətbiqlər köməyimizə çatır.    

Son.az technote.az-a istinadən bildirir ki, Windows və Mac əməliyyat sistemləri üçün mövcud olan  EaseUS əlavəsi də məhz bu işi görür. Tətbiqin ilkin versiyası tam olaraq pulsuz təqdim olunur. Və bu versiyada 2 GB həcmində faylları bərpa etmək üçün limit ayrılıb. Silinmiş faylları bərpa etmək üçün ilkin olaraq EaseUS Mac əlavəsini kompüterə yükləmək lazımdır. Proqram təminatını cihaza yüklədikdən sonra sizi aşağıdakı səhifə qarşılayır.

Diski təyin etdikdən sonra silinmiş faylların axtarışına başlamaq üçün əməliyyat sistemi sizdən icazə tələb edir. Lazım olan icazəni verdikdən sonra aşağıda da gördüyünüz kimi proqram təminatı cihazın lokal diskində silinmiş faylların axtarışına başlayır. Axtarış nəticəsində tapılmış fayllar isə müxtəlif kateqoriyalara bölünərək cəmləşdirilir.

Proqram təminatı lokal diskdən əlavə xarici qoşulmuş sərt disklər üzərində də eyni əməliyyatı apara bilir. Məsələn, siz Mac ƏS-li kompüterinizi xarici sərt disk bağlamısınızsa, proqramın daxili səhifəsində həmin sərt disk görünür və siz qeyd olunan əməliyyatları həmin disk üzərində də apara bilirsiniz.