Dünyada ən populyar brauzer məlum olub


Digərləri 07 May 2019 07:21:00 201 0

Dünyada ən populyar brauzer məlum olub

Cari ilin aprel ayının yekununa görə, "Google Chrome" brauzerlər bazarında liderliyini saxlamağa davam edir. Bu haqda "Net Applications" şirkətinə istinadən "Regnum" agentliyi məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, 2019-cu ilin aprelində "Google" şirkətinin "Chrome" veb-brauzeri dünyadakı kompüterlərin 65,64%-nə quraşdırılıb. "Mozilla Firefox" brauzerinin bazar payı 10,23%, "Microsoft"un "Internet Explorer" və "Edge" brauzerlərinin payı isə müvafiq olaraq 8,44% və 5,53% təşkil edib.