İlk dəfə müştəriyə zəng vuranda əlqolu titrəyib, indi ABŞda biznes qurub Görgötür FOTO


Digərləri 06 May 2019 22:53:00 194 0

İlk dəfə müştəriyə zəng vuranda əlqolu titrəyib, indi ABŞda biznes qurub  Görgötür  FOTO

Toğrul Sideifzadə: "Vaxt sərf etdiyin, fokuslandığın zaman, hər bir iş gözəldir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hüquq üzrə təhsil alıb, bu ixtisası seçməsinin səbəbi isə öz arzusu olub. Təhsilini başa vurub, bu sahədə iş də tapır, lakin qısa müddətdən sonra fikrindən daşınır, marketinq və satışa yönəlir. 6 il ölkədə çalışdıqdan sonra isə ABŞ-a köçmək qərarı verir. Orda bir düzən qurmaq isə ona heç də asanlıqla başa gəlmir. Bildirir ki, "hər gecədən sonra bir nahar, hər qışdan sonra bir bahar gəlir" deyimi onun həyatında öz əksini tapır. Müsahibimiz ABŞ-ın Kaliforniya ştatında yaşayan, orda "Oriente Lux Limousine" şirkətini yaradan azərbaycanlı Toğrul Sideifzadədir.

- Hüquq üzrə təhsil almağın arzunuz olduğu deyibsiniz. Bu arzunun yaranmasının hər hansı səbəbi var idi?

- Mən orta təhsilimi 1982-92-ci illərdə almışam. Məktəb vaxtı çoxlu kitab oxuyurduq. 9-11-ci siniflərdə isə həddindən artıq detektiv janrına üstünlük verirdim. Bu üslubda yazan Aqata Kristi, Erl Stenli Qardner, Reks Stout və s. kimi məşhur yazıçıların kitabxanada olan bütün kitablarını oxumuşdum. Ən çox yadımda qalan Erl Stenli Qardnerdir. Onun əksər kitablarının baş qəhrəmanı vəkil Peri Meyson idi. O, ən çətin məhkəmə işlərini öhdəsinə götürürdü. Romanda süjet elə gedirdi ki, müəyyən hadisələr baş verirdi, daha sonra məhkəmə olurdu. Məhkəməyə qədər oxucuda elə təəssürat yaranırdı ki, hər şey həmin vəkilin müdafiə etdiyi adamın əleyhinədir, davanı udmaq üçün heç bir şansı yoxdur. Məhkəmədə isə vəkil dərin hüquq bilikləri ilə çox peşəkar iş ortaya qoyurdu. Şahidlərə verdiyi suallar fərqli olurdu, onların cavabları yalan olduğu halda, bunu da sübut edirdi. Peri Meysonun qəhrəman olduğu romanları oxuduqca, onun kimi hüquqşünas olmaq istəyi məndə yaranmışdı.

- Amma filmlərdə, kitablarda peşələr bir az daha cazibəli təqdim oluna bilir.

- Hüquq üzrə bakalavr təhsilimi İstanbul Universitetində, magistr təhsilini isə Konyadakı Səlcuq Universitetində almışam. Deməli, 1-ci kursda dərsləri yaxşı oxudum, çünki çox həvəsli idim. Lakin sonra müəllimlərin söhbətlərindən anladım ki, əslində Türkiyə hüquq sistemi fikirləşdiyim kimi dinamik sahə deyil. Universitetə 17 yaşımda qəbul olmuşdum, amma fakültədəki bir çox tələbənin yaşı 20-30 arasında idi. Cavan idim, bəlkə də tam olaraq nə istədiyimi bilmirdim. Yəni peşəmlə bağlı bir xəyal qırıqlığı yaşadım və 2-3-cü kurslarda artıq əvvəlki həvəsim olmadı. Elə oldu ki, təhsilimi 4 deyil, 7 ilə başa vurdum. - 4 ilə bitirilməli olunan universiteti 7 ilə başa vurmağın səbəbi kimi çox adam yəqin ki "avaralanıb" deyər. Buna görə, məncə, səbəbindən də danışaq. - O müddəti uzatmağımla fəxr etmirəm, amma çox peşman olduğumu da deyə bilmərəm. Səbəb yox, səbəblər deyək. Birincisi, məndə özünəinam əskikliyi var idi. Qardaşım çox sərbəst olsa da, mən utancaq idim, təşəbbüskar deyildim. Hətta məktəbdə oxuyanda son siniflərdə belə, saçımı kəsdirməyə tək gedə bilmirdim, utanırdım, yanımda kimisə aparmalı idim.  Türkiyədə isə tək idim, nə qardaş, nə ata-ana var idi, çox şeyi özüm etməliydim. Bir çaşqınlıq yaşayırdım.   İkincisi, peşəmlə bağlı xəyal qırıqlığı da yaşadım. Ona görə düşünürəm ki, ABŞ-ın hüquq fakültəsində təhsil qaydaları daha məqsədəuyğundur. Çünki ilk olaraq 4 illik kollecdə təhsil alırlar, müəyyən bilik və təcrübə olur, sonra ixtisas seçimi edilir. Əvvəldən nə istədiyini bilirsən. Mənim seçimim isə tamamilə kitablardan aldığım həvəs ilə olmuşdu. Bu səbəbdən, dərsləri tam ciddiyə almamağa başlamışdım.

Digər tərəfdən, tələbəlik insanın həyatında ən gözəl dövrlərdəndir. Təhsil almaqla yanaşı, İstanbul kimi bir şəhərdə yaşayırdım, tarix, mədəniyyət, din, bir çox fərqliliklər içərisində idim. Diqqət dağıdan faktorlar da az deyildi.

Nəhayət, deyim ki, mən avara işlərlə məşğul olmurdum. Dərs kitabı olmasa belə, kitabdan uzaqlaşmamışdım. Hüquq, tarix, fəlsəfə və s. mənə maraqlı gələcək istiqamətlərdə kitablar oxuyurdum.Amma artıq 7-ci ildə qərar verdim ki, bu il məzun olacağam. Bir il içində həm 4-cü, həm də ondan əvvəlki illərdən qalan dərsləri keçdim və universiteti bitirdim.

- Xəyal qırıqlığı yaşasanız da, artıq hüquq diplomunuz var idi. O sahə üzrə işlədiniz?

- 2003-cü ildə Türkiyədən qayıtdım. Hüquq diplomum var idi və o istiqamətdə işləmək istəyirdim. Bakıda hüquqşünaslardan birinin yanında işə düzəldim, bizə tapşırıqlar verilirdi, işləyirdik. Amma heç cür o işə alışa bilmirdim. Bunun da bir neçə səbəbi var idi. 10 il Türkiyədə qalandan sonra Azərbaycana qayıtmışdım. Düzdür, tətillərdə gəlirdim, bir-iki həftə qalırdım, buna görə hər şeyi izləyə bilmirdim. Qayıdandan sonra bir uyğunlaşma problemi yaşadım. İndi Türkiyə ilə Azərbaycan arasında elə də böyük fərq yoxdur, amma o vaxt belə deyildi. Həm də iş mühitinə düşdüm, vəkillərin çalışma tərzlərini gördüm, o da mənim xoşuma gəlmədi. Bir-iki ay sonra ordakı işdən ayrıldım. Əslində, ayrılmağımın bir səbəbi də o idi ki, diplomun mənə çox qapı açacağını düşünürdüm. Özümdən çox, diplomuma güvənirdim. Bu kimi şeylər məni hüquqdan uzaqlaşdırdı, daha çox satış və marketinq sahəsində çalışdım.

- Sizi hüquq sahəsindən uzaqlaşdıran faktorlardan biri də, bəlkə, utancaqlıq olub?

- Bəlkə də hüquq sahəsində çalışmamağımın ən böyük faktoru elə utancaqlıq və ya insanlarla ünsiyyət qurma yetərsizliyi olub. Fikir versək görərik ki, bu gün işə alınma prosesində yaxşı qiymətlər artıq əsas şərt kimi götürülmür. İki kadr gəlir, biri universitetdə dərsdən ən yaxşı qiymətləri alıb, biri heç də yox. Onların sosial aktivliklərinə baxırlar, qiymətləri çox əla olmayan sosial aktivlik cəhətdən o birindən üstündürsə, onu götürəcəklər.

- Əvvəllər bizdə "diplom varsa, iş problem deyil" kimi yanaşma var idi. Sizdə də bu yanaşma olub. Bəs bu yanaşmadan nə vaxt uzaqlaşdınız?

- Universitetdəki professorlarımız deyirdilər ki, hüquq təhsili alırsınız, amma burda oxuduğunuzla həyatdakılar fərqli olacaq. Hətta bəzi müəllimlər deyirdilər ki, diplomunuz tək bir işə yarayacaq, o da diplomun heç bir işə yaramadığını anlamağınız olacaq. O vaxt gənc idik, ciddiyə almırdıq. Zamanla dediklərinə gəldim, diplom, sertifikat təhsilin formal olan hissəsidir, təhsili aldığını göstərir. Əsl təhsil odur ki, hansısa mövzuda özünü daha çox məlumatlandırırsan, mövzular üzərində daha dərindən işləyirsən. Sovet dövründə bizim beynimizə yeridilmişdi ki, məktəbə getməli, institutu qurtarmalı, sonra iş, ailə sahibi olmalısan və s. Türkiyədə çox yaxşı təhsil alsam da "diplom varsa, iş problem deyil" tələsinə düşdüm. Amerikaya gələndən, müəyyən şeylər araşdırandan sonra artıq diplomla bağlı düşüncələrim dəyişdi. Diplomla bağlı o köhnə yanaşmanın insana hər hansı zənginləşmə gətirəcəyini düşünmürəm.

- Hüquqda çalışmayıb, satış və marketinqə yönəlibsiniz. Amma bu sahələrdə də işləmək asan deyil. Xüsusilə, satışı hər kəs bacarmır. Bu yönəlmə necə oldu?

- Türkiyədə oxuyanda artıq bu sahəyə yönəlməyə başlamışdım. Kurs keçmişdim, sertifikat almışdım, amma bu işi görməyə də özümü razı sala bilmirdim. Çünki o vaxt satış və marketinq mənə çox çətin gəlirdi. Yenə diplom mövzusuna gəlirik. Fikirləşirdim ki, diplom məni həyatın bütün çətinliklərindən qoruyacaq. Hələ də o düşüncədə idim deyə, satış mənə tərs gəlirdi. Ancaq elə oldu ki, satışda daşınmaz əmlak sahəsində işlədim. Hətta ilk dəfə müştəriyə zəng vuranda əlim-qolum titrəyirdi. Düzdür, kursdan keçib işə başlamışdım, amma "mən adama nə deyəcəyəm", "Bəlkə yaxşı cavab vermədi" kimi qorxu var idi. İşlədikcə anladım ki, təcrübə yığmalıyam, kitab oxumaqla maşın sürmək olmaz, maşın sürə-sürə bu işi daha professional öyrənmək olar. Bu təcrübəni yığmaq isə heç də asan deyildi. Əvvəllər çox çətin olur, hətta insan özünə nifrət edir. Lakin həm də "bu işi çox yaxşı görə bilənlər bunu ana bətnində öyrənməyiblər, sonsuz təcrübə lazımdır" deyə düşünürdüm. Artıq o düşüncədəyəm ki, insan sevmədiyi şeyləri etməklə irəli gedir. Zamanla satışı sevdim. Satış həm də gəlirə baxışımı dəyişdi. Satışda maaş limiti yoxdur, nə qədər çox işləsən, nə qədər yaxşı iş ortaya qoysan, o qədər çox qazana bilərsən.

- Bu gün ABŞ-da iş sahibisinizsə, deməli, artıq özünə güvənən biri olmağı bacarıbsınız. Bəs bu hissi özünüzdə necə formalaşdırdınız?


Xəbərə aid fotolar