Bakıda itkin düşən şəxs 4 gün sonra tapıldı


Digərləri 06 May 2019 22:50:14 188 0

Bakıda itkin düşən şəxs 4 gün sonra tapıldı

Bakıda itkin düşən şəxs tapılıb.

Bakı. Samir Əli - Bakıda itkin düşən şəxs tapılıb. Trend-in məlumatına görə, Bakı şəhər sakini Orucov Rəfail Müzəffər oğlu aprelin 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxs mayın 3-də tapılaraq ailəsinə təhvil verilib.