ABŞ Hərbi Hava Qüvvələri lazer silahını sınaqdan keçirib


Digərləri 06 May 2019 22:22:00 203 0

ABŞ Hərbi Hava Qüvvələri lazer silahını sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri Nyu-Meksika ştatında lazer silahını uğurla sınaqdan keçirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, The Drive portalının yaydığı məlumata görə, "Ağ qumlar" poliqonunda keçirilən sınaqlar zamanı lazer qurğusu havada bir neçə raketi zərərsizləşdirib.

"Lockheed Martin" kompaniyası tərəfindən hazırlanan lazer silahı "hava-hava" və "yer-hava" tipli raketləri vuraraq ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin təhlükəsizliyini təmin edəcək.

Sistemin silahlanmaya 2020-ci ilin ikinci yarısında qəbul ediləcəyi planlaşdırılır.