Kassadan oğurluq edən meymun iş başında VİDEO


Digərləri 06 May 2019 21:23:00 211 0

Kassadan oğurluq edən meymun iş başında  VİDEO

Hindistanda oğurluq etmək üçün yetişdirilən meymun kassaya girib pul oğurlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, meymunun oğurluğu kameralar tərəfindən qeydə alınıb.

Hadisə Hindistanın Uttar Pradeş əyalətində baş verib. Şosse yolu kassasının önündə dayanan avtomobildən çıxan meymun kassaya girərək pul oğurlayıb. Avtomobil isə kassanın qarşısında giriş pulu ödəmək üçün dayanıbmış. Kassir sürücüyə çek verərkən maşından çıxan meymun pəncərədən içəri girir. Kassir özünü qorumağa çalışdığı an meymun kassadan pulu alaraq aradan çıxır. Hadisə şahidləri bildirirlər ki, kassir meymunun dalınca qaçsa da, onu tuta bilməyib. Sürücü isə meymunla əlaqəsi olmadığını bildirib.