Hacıqabulda kiçiktonnajlı yük maşınları zavodunun tikintisinin başa çatacağı VAXT açıqlanıb


Digərləri 06 May 2019 21:09:00 184 0

Hacıqabulda kiçiktonnajlı yük maşınları zavodunun tikintisinin başa çatacağı VAXT açıqlanıb

Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobus istehsalı üzrə zavodun tikintisi gələn ilin yayınadək başa çatacaq.

Son.az bildirir ki, bunu Trend-ə "Azərmaş" ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, müəssisə 2020-ci ilin iyununda istifadəyə verilə bilər.

E.Axundov əlavə edib ki, "Azərmaş"ın zavodun tikintisində payı 100 faiz olub.

Xatırladaq ki, "Azərmaş" zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın "IranKhodro" və Azərbaycanın "AzEuroCar" şirkətləridir.