Ankaradan İrəvana sərt mesaj:


Dünya 06 May 2019 21:18:00 203 0

Ankaradan İrəvana sərt mesaj:

Bir terrorçunu qəhrəman kimi ucaltmaq terrorizmi təşviq etməkdir və bu heç vaxt qəbul edilən deyil.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi ASALA təşkilatının "mənəvi atası" sayılan Qurgen Yanikyanın İrəvanda hərbi qəbiristanlıqda basdırılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirən ASALA təşkilatının "mənəvi atası" sayılan Qurgen Yanikyanın nəşi ABŞ-dan İrəvana gətirilib.