Sürücülərin diqqətinə: paytaxtın mərkəzində bu yollar rənglənir


Digərləri 06 May 2019 16:38:00 201 0

Sürücülərin diqqətinə: paytaxtın mərkəzində bu yollar rənglənir

Bakı şəhəri, Yusif Səfərov və Üzeyir Hacıbəyov küçələrinin hər iki istiqamətində bu gün saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bu barədə Son.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən qeyd olunan vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.