Bakıda həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 7 il 10 ay cəza verildi


Digərləri 06 May 2019 15:05:00 189 0

Bakıda həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 7 il 10 ay cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay azadlıqdan məhrum edilib. İttihama görə, ötən il Bakının Zığ qəsəbəsində R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.