"Günə 100 manat qazanmaq hər kişinin işi deyil"


Şou-biznes 06 May 2019 13:59:00 247 0

"Günə 100 manat qazanmaq hər kişinin işi deyil"

Elə bir qohumun varmı ki, səndən narazılıq edir?

Son.az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda qonağı Manaf Ağayevə müraciət edib.

Müğənninin cavabı gözləniləndən də maraqlı alınıb:

"Kök deyilən bir şey var, Tolik. Mənim nəslim var, mənim köküm var. Mən elə bir kişinin oğluyam ki, heç kim durub deyə bilməz ki, Manaf belədir, elədir. Manaf elə əvvəldən imkanlı olub. Kaş, elə sovet dövründə olan imkanım indi olardı. Get Manafın uşaqlıq vaxtının geyimlərinə bax, mən indi o geyimləri geyinə bilmirəm. Mən o vaxt diplomat palto geyinəndə 16-17 yaşımda, mən onu bu gün geymirəm. Mən "şotlandiski" şarf vuranda o vaxt 200 manata, mən onu bu gün vurmuram. Mən o vaxt sovetin puluna aldığım 400 manatlıq kostyumu bu gün geyinə bilmirəm. Mən dolları ilk dəfə 1987-80-ci ildə Malakan bağında institutda oxuyanda görmüşdüm. 


Xəbərə aid fotolar