SON DƏQİQƏ! İranda neft boru kəməri yanır


Dünya 06 May 2019 12:28:00 237 0

SON DƏQİQƏ! İranda neft boru kəməri yanır

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Kiyamərs Hacızadə deyib.

K.Hacızadənin sözlərinə görə, boru kəmərində təmir işləri aparılarkən buldozerin toxunması nəticəsində yanğın baş verib:

"Yanğın baş verən məkana yaxın Salehabad kəndi təhlükəsizlik məqsədilə təxliyə edilib. Hazırda vəziyyət nəzarətdədir. Neft boru kəməri bağlanıb və boruda qalan neft yanmaqdadır.