Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaqlar


Dünya 06 May 2019 12:19:00 210 0

Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaqlar

Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq

Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.

H.Rəhimi bildirib: "Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik".

Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.

Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.