SON DƏQİQƏ! İranda neft boru kəməri yanır


Digərləri 06 May 2019 12:12:00 176 0

SON DƏQİQƏ! İranda neft boru kəməri yanır

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.

Bakı. Elnur Bağışov - İranın cənubunda yerləşən Xuzistan vilayətinin Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib. Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Kiyamərs Hacızadə deyib. K.Hacızadənin sözlərinə görə, boru kəmərində təmir işləri aparılarkən buldozerin toxunması nəticəsində yanğın baş verib: "Yanğın baş verən məkana yaxın Salehabad kəndi təhlükəsizlik məqsədilə təxliyə edilib. Hazırda vəziyyət nəzarətdədir. Neft boru kəməri bağlanıb və boruda qalan neft yanmaqdadır.