Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinə bəzi dünya ölkələri ikili standartlarla yanaşır


Digərləri 06 May 2019 11:20:00 160 0

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinə bəzi dünya ölkələri ikili standartlarla yanaşır

Bu gün Azərbaycan xalqının yaşayış tərzi və inkişafı göz qabağındadır.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycan xalqının yaşayış tərzi və inkişafı göz qabağındadır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılmasında Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycan xalqının yalnız bir problemi var, bu da Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasıdır. Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsinə bəzi dünya ölkələrinin, beynəlxalq təşkilatların ikili standartlarla yanaşmasına da təəssüflənib: "Çox təəssüf ki, dünyada son 40-50 ildə heç bir münaqişə həll olunmayıb. Bu gün dünyada münaqişələrin sayı 70-ə çatıb və milyonlarla insan münaqişələrdən zərər çəkir. Bu da ona görədir ki, dünyada qəbul olunan qərarlar yalnız kağız üzərində qalır, münaqişələrə yanaşmalarda ikili standartlar var. Biz ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və xalqın gücü ilə həll ediləcək".