AnkaraBakıMoskva BTQ dəmir yolu üzrə üçtərəfli birgə memorandum imzalayacaq


Digərləri 06 May 2019 11:15:00 201 0

AnkaraBakıMoskva BTQ dəmir yolu üzrə üçtərəfli birgə memorandum imzalayacaq

Ankara-Bakı-Moskva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutan üçtərəfli birgə memorandum imzalayacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Nazirlikdən əlavə ediblər ki, memorandumun imzalanması bu gün Ankarada baş tutacaq. İmzalanma mərasimində 3 ölkənin dəmir yolu idarəsi rəsmilərinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub.