Türkiyənin milli futbolçusu Fransa gözəlinə vurulub FOTO


Digərləri 06 May 2019 09:54:00 217 0

Türkiyənin milli futbolçusu Fransa gözəlinə vurulub  FOTO

Fransa Ligue 1'də forma geyinən Umut Bozok qonaq qismində qatıldığı proqramda "Miss Fransa 2019" gözəli Vaimalama Chaves'ə vurulduğunu etiraf edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Fransa Ligue 1 qruplarından olan "Olimpik"də forma geyən futbolçu Umut Bozok Fransada yayımlanan bir proqrama qonaq olub. Futbolçunun canlı yayım sırasında "Miss Fransa 2019" gözəli Vaimalama Chaves'ə çox böyük bir eşq elan etməsi isə böyük marağa səbəb olub.

Fransız gözəl üçün Bozok-un göndərdiyi mesaj isə "Onun gitara qabiliyyətinin olduğunu bilirəm. Mən də bir az pianino çala bilirəm. Bir gün fürsət olarsa, ona bir gitar-pianino dueti məsləhət görürəm" ifadələrini işlədib.


Xəbərə aid fotolar