Atraksion parkının ziyarətçiləri 4 saat "başı aşağı" qalmalı olub


Digərləri 06 May 2019 08:12:00 195 0

Atraksion parkının ziyarətçiləri 4 saat "başı aşağı" qalmalı olub

Argentinada insanlar sıradan çıxan atraksionda 4 saat ərzində 20 metr yüksəklikdə qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin San-Xuan ştatında baş verib. Atraksion parkının ziyarətçiləri yanğınsöndürənlərin onları xilas edənə kimi havada qalmağa məcbur olub.

Atraksion ən yüksək nöqtəsində sıradan çıxıb. Havada 36 nəfər qalıb, onlardan bəziləri başı aşağı olub.

Səlahiyyətli orqanlar parkın lisenziya və sənədlərini yoxlayır.