ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb


Digərləri 06 May 2019 06:47:22 204 0

ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb

ABŞ-ın İllinoys ştatında kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Bakı. ABŞ-ın İllinoys ştatında kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Trend-in məlumatına görə, bunu Uokiqan şəhərinin yanğın xidmətinin rəhbəri Stiven Lenzi deyib. Daha öncə 4 nəfərin xəsarət aldığı və 3 nəfərin itkin düşdüyü ehtimal olunurdu. Xəstəxanada olan yaralılardan biri dünyasını dəyişib, daha iki nəfərin meyiti isə hadisə yerində aşkar olunub.