Bambukdan məişət əşyaları və aksesuarlar hazırlayır Azərbaycanda REPORTAJ VİDEO FOTO


Digərləri 05 May 2019 20:09:00 247 0

Bambukdan məişət əşyaları və aksesuarlar hazırlayır  Azərbaycanda  REPORTAJ  VİDEO  FOTO

Lənkəran sakini dünyanın ən tez böyüyən bitkisi olan bambukdan müxtəlif növ məişət əşyaları düzəldir. O, bu maraqlı məşğuliyyətindən həm zövq alır, həm də gəlir əldə edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Lənkəranın Talışlı kənd sakini, ixtisasca mədəniyyət işçisi olan Eynulla Calalovun maraqlı hobbisi var. Boş vaxtlarını həyətindəki emalatxanada bambukdan müxtəlif növ əşyalar düzəltməklə keçirən Eynulla Calalov bu sənəti özünə 15 ildir məşğuliyyət seçib.

O deyir ki, bambuk bitkisi Lənkərana ötən əsrin 50-ci illərində Gürcüstandan gətirilib: "Həmin vaxtdan, sovxozlar dövründən bambuk daha geniş istifadə olunur. Həyətimizdə bambuk ağacı bitdiyinə görə düşündüm ki, bundan bəlkə bir şeylər düzəldim. İlk əl işim isə kreslo oldu. Gördüm ki, heç də pis alınmadı. Sonra stol-stul düzəltməyə başladım".

Eynulla usta bu işin daha çox zəhmət və diqqət tələb etdiyini bildirir: "Bambukdan stol-stul düzəltmək üçün əvvəlcə ölçülərinə uyğun kəsirəm. Sonra həmin hissələr yüksək temperaturda qurudulmalı və ən azı bir sutka qalmalıdır. Bir stolu düzəltməyə haradasa, 5-6 gün vaxt gedir, stullar isə 3-4 gün vaxt aparır".

Usta daha çox gündəlik tələbat duyulan məişət əşyaları sırasında stol, stul, kitab rəfi, səbət və masa üzərinə qoyulacaq aksesuarlar hazırlayır.


Xəbərə aid fotolar