Bu gün paytaxtda hansı yollar bağlı olacaq? - SİYAHI


Digərləri 05 May 2019 09:02:33 181 0

Bu gün paytaxtda hansı yollar bağlı olacaq? - SİYAHI

Bu gün paytaxtın bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı. Samir Əli - Bu gün paytaxtın bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Trend-in məlumatına görə, məhdudlaşdırma Bakıda "Küləyə qalib gəl" şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Bakı Marafonu-2019" ilə əlaqədardır. Qeyd edək ki, marafonun marşrut xətti Dövlət Bayraq Meydanından Dənizkənarı Milli park boyu - Azadlıq meydanından Neftçilər prospekti ilə hərəkət edərək Yusif Səfərov küçəsindən keçməklə 10-cu zavod dairəsi və tunel vasitəsilə Heydər Əliyev Mərkəzinədək, Heydər Əliyev Mərkəzindən hərəkətin əksi istiqamətində əlavə yolla Bakı Olimpiya stadionu istiqamətində nəzərdə tutulub. Marafon iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yarışın təhlükəsiz başa çatdırılması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi bildirir ki, təhlükəsizliyi təmin etmək məqsədilə bu gün saat 10:00-dan 15:00-dək avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.