Tramp: "Rusiya və ABŞ arasında..."


Dünya 05 May 2019 07:55:00 212 0

Tramp: "Rusiya və ABŞ arasında..."

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığından sonra Vaşinqton və Moskva arasında gözəl münasibətlərin qurulması üçün çox böyük potensialın mövcudluğuna əmin olduğunu bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti özünün "Tvitter" səhifəsində yazıb.

Tramp qeyd edib: "Baxmayarıq ki, nələrə yalançı KİV-də rast gəlmək olur, Rusiya ilə yaxşı və ya əla münasibətlər qurmaq üçün çox böyük bir potensial var".