Hindistanda “Fani” qasırğası nəticəsində 16 nəfər həlak olub


Dünya 04 May 2019 23:54:00 199 0

Hindistanda “Fani” qasırğası nəticəsində 16 nəfər həlak olub

Hindistanda "Fani" adlanan güclü qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə NDTV telekanalı xəbər verir.

Qeyd edək ki, daha öncə qasırğa nəticəsində səkkiz nəfərin həlak olması barədə xəbər verilmişdi.

Hindistan hökuməti artıq fırtınanın fəsadlarının aradan qaldırmağa başlayıb, 10 min kənd və 52 şəhər rayonlarında bərpa işləri aparılır