Baş nazir: Gürcüstan hökumətində dəyişiklik gözlənilmir


Dünya 04 May 2019 22:51:00 217 0

Baş nazir: Gürcüstan hökumətində dəyişiklik gözlənilmir

Hazırda Gürcüstan hökumətində hər hansı bir dəyişiklik gözlənilmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib.

O deyib ki, 2019-2020-ci illərdə planlaşdırılmış layihələrin reallaşdırılması ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsi üçün sürətli islahatlar lazımdır. Hər bir nazirlik qarşısında konkret vəzifələr qoyulub.

"Biz bir komanda olaraq bu vəzifələrin öhdəsindən gəlməliyik. Lakin əgər hər hansı bir nazir lazımi sürətdən geri qalsa, vəzifəsindən kənarlaşdırılacaq", - deyə M.Baxtadze vurğulayıb.

Bir neçə gün əvvəl M.Baxtadze iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulianı vəzfəsindən azad edib.