Tarixin təkərlərini tərs çevirənlər


Digərləri 04 May 2019 18:54:00 181 0

Tarixin təkərlərini tərs çevirənlər

XX əsr təlatümlü dövrlərlə və iki amansız dünya müharibə ilə yadda qaldı. Siyasi çalxalanmalar, yeni dövlətlərin yaranması və imperiyaların dağılması ilə xarakterizə olunan XX əsri digər tarixi dönəmlərdən fərqləndirən ən önəmli özəllik dünya tarixinə möhürünü vurmuş liderlərin hakimiyyət başında olmasıdır. Dünya tarixinə dərin təsir göstərmiş bu olayların başında da həmin liderlər durub.

Son.az Teleqraf.com-a istinadən XX əsrin ən böyük liderləri haqda məlumatları oxucuları ilə bölüşür.

Ernesto Çe Gevara

Həkim, yazar və hərbi lider olan Çe Gevara Fidel Kastro ilə birlikdə Kuba inqilabının qələbə ilə başa çatmasında böyük rol oynamış marksist inqilabçıdır. O bu gün də qəhrəmanlıq dünyasının ikonası sayılır.

Fidel Kastro

Kubanın əfanəvi marksist inqilabının lideridir.

İnqilabın qələbə ilə sonlanmasından sonra uzun illər Kubaya rəhbərlik etmiş Fidel Kastro beynəlxalq münasibətlərdə də önəmli rola sahib olub.

Mahatma Qandi

Mahatma Qandi Hindistan Müstəqillik Hərəkatının lideri, dünyaya təsir etmiş vətəndaş itaətsizliyi hərəkatının memarıdır. Ötən əsrin böyük liderləri arasında yer alan Qandi dinc mübarizə üsulu ilə, qan tökmədən İngiltərəni öz tələblərinə tabe elədi, Hindistanın müstəqilliyini təmin etdi.

Adolf Hitler

Nəzəriyyəçi bir dövlət adamı və Nasist Almaniyasının lideri olan Adolf Hitler 1939-cu ildə Polşanı işğal edərək İkinci Dünya Müharibəsini başladan və milyonlarla insanın öldürülməsində rol oynayan siyasi liderdir.

Dünya tarixinin dəyişdirməyi bacaran liderlərin başında dayanır.

Vladimir Lenin

Siyasi nəzəriyyəçi olan Vladimir Lenin Kommunist Partiyasının qurucusu, bolşevik inqilabının lideri, SSRİ-nin memarı və ilk başçısı olan liderdir. Siyasi-iqtisadi cərəyan olan leninizmin qurucusudur.

Nelson Mandela